Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







«ALTERNATIV MƏDƏNIYYƏT»
MILLI, YOXSA QLOBAL DƏYƏRLƏR?

Font:      
«Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəzi (QASİM) ənənəvi Şənbə Klubunda bu dəfə müzakirəyə «Alternativ mədəniyyət» mövzusunu çıxarmışdı.
QASİM-in həmsədri Anar Əsədbəyli mövzu ilə bağlı qısa arayış verəndən sonra iştirakaçıları müzakirəni «Dəyərlər: milli və qlobal kontekstdə» və «Postmodernizmin Azərbaycanda inkişaf perpektivləri» adlı altbaşlıqları ətrafında aprmağ dəvət etdi.
Qeyd edək ki, müzakirəyə tanınmış yazarlar, tənqidçilər və bir çox elm adamları dəvət olunmuşdu. Tənqidçi, «YeniSi» Sənət Təzahürləri Virtual Mərkəzinin yaradıcı Tehran Əlişanoğlu, Azad Yazarlar Ocağının sədri Rasim Qaraca, ilahiyyata elmləri doktoru Şahin Əhmədoğlu, «Kino+» qəzetinin baş redaktoru Şərif Ağayar, gənc tənqidçi Qan Tural, iqtisadiyyat elmləri doktoru Əkbər Eldaroğlu, şair, «Milli yol» qəzetinin readaktor müavini Elnur Astanbəyli, QASİM-in İcraçı Direktoru, şair Zahir Əzəmət və başqaları mövzu ətrafında fikirlərini bölüşdülər.
Əkbər Eldaroğlu mövzunu iqtisadi aspektdən geniş təhlil etdi. Ə.Eldaroğlu yeni dəyərlərin bilgi və yeni texnologiyalarla gəldiyini vurğulayaraq, qloballaşmanın gətirdiyi yeni dəyərlərin başında iqtisadi və siyasi azadlıqların durduğunu və bu prosesin qaçılmaz olduğunu söylədi.
Şahin Əhmədoğlu «alternativ mədəniyyət» anlayışı altında qloballaşmanın qarşılığı olaraq Azərbaycanın üç seçim imkanını nəzərdən keçirməyə çalışdı: Türk, Şərq və İslam mədəniyyəti. Üstünlüyü İslam Mədəniyyətinə verən ilahiyyat elmləri doktoru insanların təsəvvüründə formalşn və az qall dini şəkil almaış İslamı yox, gerçək İslamı nəzərdə tutduğunu da vurğulamağı unutmadı.
Eyni mövqeyi Şərif Ağayar da müdafiə etdi. «Qloballaşmanın qarşısına nə ilə çıxırıq?» deyə sual verən yazar islami və milli dəyərlərin cəmiyyətdə aşına biləcəyindən narhat olduğunu dilə gətirdi.
Elnur Astanbəyli isə bu fikirloərə qarşı çıxaraq, bu cür yanaşmaların cəmiyyəti geriyə atdığını söylədi.
Tehran Əlişanoğlu isə Azərbaycanın yüz illər boyu içində topladığı təcrübəni, enerjini itircəyəindən, ifadə edə bilməyəcəyindən qorxuduğunu dedi: «Onsuz da dünyada hansı proses gedirsə, o, Azərbaycana da gəlib çıxır, təsirini göstərir. Bütün bu təcrübələr Azərbaycanın içində yığılıb qalır və izsiz ötüşüb keçir. Bu enerji əvvəl-axır özünü ifadə etməlidir. Amma bu qiymətli təcrübənin itirilməsi bizə nə verəcək və ümumiyyətlə, bu bizə lazımdırmı?».
Zahir Əzəmət isə «alternatiav mədəniyyət» anlayışına daha fərqli aspektdən baxmağın lazım olduğunu söylədi. Onun fikrincə, alternativ mədəniyyət cəmiyyətdə hakim olan mədəni kultlar qarşı olan yeni dəyərlər sistemidir. Artıq yeni dəyərlərin yaranmaqda olduğunu bildirən Z.Əzəmət hazırda cəmiyyətdə milli dəyərlər kimin anlaşılan bir çox nəsnələrin sovet dəyərlər sisteminin qalıqları olduğunu söylədi. «Yeni dəyərlərin gəlməsindən qorxmaq lazıma deyil, bir müstəqil dövlət kimi öz oturaq dəyərlərimiz formalaşmalıdır və çox yaaaxşı olardı Ki, bu dəyərlər həm də çağdaş dünyada cərəyan proseslərlə səsləşsin, bəşəri dəyərlərə uyğun olsun.»- deyə yazar fikrini tamamladı.
Mövzunun genişliyini və çoxşaxəli olduğunu bildirən iştirakaçılar müzakirənin gələcəkdə də davam etdirmək qərarına gəldilər.


Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə