Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







QASİM «DAVOS FORUMU VƏ AZƏRBAYCAN» MÖVZUSUNDA MÜZAKIRƏ KEÇIRDI

Font:      
Yanvarın sonlarında İsveçrənin dağ qəsəbəsi olan Davosda düzənlənən 36-cı Dünya İqtisadi Forumuna Azərbaycanın qatılmaması «quş qripi» hay-küyünün araxasında mətbuatın və ictimaiyyətin diqqətini cəlb etmədi.
Xatırladaq ki, bu il Davos Forumu kimi məşhur olan tonlantıya 89 ölkədən 15 dövlət başqanı, 60 nazir, 735 şirkət rəhbəri, ümumilikdə isə 2340 təmsilçi qatılmışdı. Hər il təkcə iqtisadi deyil, həm də digər aspektlərdən dünyanın gələcək inkişaf perspektivlərini cızan, qlobal strategiyaların müəyyənləşməsində müstəsna rol oynayan bu toplantıya Azərbaycanın qatılmamaması çoxlu suallar doğurur.
Yaranan sualları araşdırmaq məqsədi ilə «Qloballaşan Azərbaycan» Sivill İnkişaf Mərkəzi (QASİM) şənbə günü Qarabağ küçəsi 59 ünvanında yerləşən ofisində «Davos Forumu və Azərbaycan» mövzusunda müzakirə keçirdi. Müzakirəyə ölkənin tanınmış iqtisadçı alimləri, politoloqlar və bir sıra gənc mütəxəssislər dəvət edilmişdi. QASİM-in həmsədri Anar Əsədbəyli tədbiri açaraq Davos Forumu və Azərbaycanın bu forumda iştirakı ilə bağlı qısa bir arayış verdikdən sonra müzakirə iştirakçıları fikrlərini bölüşdülər. İqtisad elmləri doktoru Əkbər Eldaroğlu dünyanın yeni iqtisadi düzənindən söz açmaqla yanaşı Dünya İqtisadi Forumunda bu il müzakairə olunan məsələlərə də toxundu. Bilginin artıq istehsalın beşinci və həm də əsas amillinə çevrildiyini vurğulayan iqtisadçı alim bunu real rəqəmlərin timasalında da sübut etdi. ABŞ-da informasiaya və bilgi sahəsinə qoyulan kapiatal qoyuluşunun neft və sənayeyə qoyulan yatıraımaıü ikidəfə üstələdiyini deyərək, Azərbaycanla paralellər apardı. Və Azərbaycanın Davos Forumunda söz sahibi olması üçün hələ uzun bir yol keçməsi gərəkdiyini söylədi. Sonra söz alan professor Zahid Məmmədov diqqəti daha əhatəlia şəkildə problemin səbəblərinə yönəltdi və Azərbaycanda bilgi admlarının gerçək dəyərlərini almadığını nəzərə çatdırdı. Politoloq Zərdüşt Əlizadə mövzunu davam etdirərək, Azərbaycanın bu kimi yüksək səviyyəli müzakirələrə, tədbirlərə qoşulmağa hələ hazır olmadığını və yaxıan prespektivdə də bunu görmədiyini bildirdi. Daha sonra çıxış edən İqtisadi İnkişaf Nazirliyinin investisiyalar departamentinin baş məsləhətçisi Ayaz Qədirov hazırda nazirliyin yeni rəhbərliyinin tapşırığı ilə bu istiqamətdə araşdırmalara başlandığını bildirdi.
Üç saata yaxın davam edən müzakirələrdə bir çox digər şəxslər də öz fikirlərini bölüşdülər.
Qeyd edək ki, adıçəkilən müzakirəni QASİM-in nəzdində fəaliyyətə başlayan «Şənbə Klubu» təşkil etmişdi. Həftədə bir dəfə «Şənbə Klubu»nda müxtəlif mövzu və problemlər ətrafında müzakirələrin, canlı forumların təşkil edilməsi planlaşdırılır. Bu həftə «Şənbə Klubu» mütəxəssislərin iştirakı ilə «Azərbaycanın təhsil sistemi və islahatlar» mövzusunu müzakirə etməyi planlaşdırır.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə