Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







TƏHSIL ISLAHATLARI ÖZÜNÜ DOĞRULDACAQMI?
TƏHSIL NAZIRLIYININ «MILLI KURRIKULUM» LAYIHƏSI QASİM-DƏ MÜZAKIRƏ OLUNDU

Font:      
«Qloballaşn Azərbaycan» Sivill İnkişaf Mərkəzinin (QASİM) nəzdində yaradılmış Şənbə Klubu ikinci toplantısına yığışdı. Bu həftə müzakirə olunan mövzu «Azərbaycanın təhsil sistemi: islahatlar» adlanırdı.
Qeyd edək ki, Təhsil Nazirliyi 2007-ci ilin dərs ilindən I-IV, V-IX və X-XI sinifləri əhatə edən yeni təlim nəticələrinin tətbiqinə hazırlaşır. Adıçəkilən təlim nəticələrinin ictimai müzakirəsində maraqlı olduğunu bildirən Təhsil Nazirliyinə ilkin cavab da məhz QASİM-in ənənəvi Şənbə Klubundan gəldi.
Müzakirəyə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov, Bakı Dövlət Universitetinin müəllimi Emin Əliyev, ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu, «Praqma» Mərkəzinin direktoru Taleh Şahsuvarlı, elmlər namizədi Fərahət Dəyyanov, jurnalist Zəminə Əliqızı, tanınmış pedaqoq Tofiq Nəsirov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan və başqaları qatılmışdı.
Müzakirəni açıq elan edən QASİM-in həmsədri Anar Əsədbəyli öncə çağdaş təhsil sistemləri haqqında və Azərbaycanın da rəsmən qoşulduğu Boloniya prosesi haqqında qısa məlumat verdi. 2010-cu ilə qədər Boloniya prosesinin minimum şərtlərini yerinə yetirəcəyi ilə bağlı öhdəlik götürən Azərbaycanın təhsil sistemində bu yöndə işlərin çox ləng getdiyini vurğulayan A.Əsədbəyli fikrirlərini əsaslandırmaq üçün bəzi hesablama və analizlərin nəticələrini açıqladı.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov «Milli Kurikulum» layihəsi haqqında geniş izahat verdikdən sonra mövzunun müzakirəsinə başlanıldı.
İştirakaçılar yeni təlim nəticələrinin qızğın müzakirəsindən sonra onların ümumilikdə, nəzəri baxımdan qənaətbəxş olduğunu vurğulasalar da, paralel olaraq bir çox digər islahatların da aparılmasına ehtiyac olduğunu bildirdilər. Belə ki, yeni təlim nəticələrinin əldə olunmasında birbaşa iştirak edəcək kadrların hazırlanması, çağdaş standartlara cavab verən yeni dərsliklərin tərtib edilməsi, məktəblərin müasir texniki avadanlıqlarla təmin edilməsi və maddi bazanın gücləndirilməsinin labüdlüyü söylənildi. Yaranan daha bir sual isə ümumiləşdirilmiş təlim nəticələrində şagirdlərin individual keyfiyyətlərinin nə dərəcədə nəzərə alınıb-alınmamasıyla bağlı idi.
Müzakirə iştirakçılarının tövsiyəsi həm də bu oldu ki, yeni təlim nəticələri birdən-birə bütün siniflərə yox, birinci sinifdən başlanaraq tətbiq olunsun.
Xatırladaq ki, QASİM-in hər həftə təşkil etdiyi Şənbə Klubu müxtəlif problemlərin, mövzuların və tendensiyaların müzakirəsinə həsr olunur.
Bu həftə Şənbə Klubunda müzakirəyə «Alternativ mədəniyyət: estetik çevrilmələr» mövzusu çıxarılacaq. Müzakirəyə qoşulmaq dəvətli olsa da, dinləyici qismində iştirak etmək azaddır.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə