Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







QOHUM ÖLKƏLƏRİN İTTİFAQI

Font:      
Abbas Atilay

Mədəniyyətlərin savaşı: yeni dünya düzəninə doğru

S.Hanqtinonun fikrincə, gələcək dünyamızda meydana gələcək münaqişələr iqtisadi və ya idieloji səbəblərdən deyil, sırf mədəni fərqliliklərdən yaranacağına görə, bu münaqişələrdə iştirak edən subyektivlər daha çox mənsub olduqları mədəniyyətlərin digər daşıyıcıları olan dövlətlərlə ittifaqa girməyə can atırlar. Onun görüşüncə, soyuq müharibədən sonra dünyada eyni mədəniyyətə mənsub ölkələrin (S.Hantinqton buna «qohum ölkə» də deyir - A.A) qarşılıqlı yaxın münasibətlər qurmaq və ittifaqda birləşmələri ilə bağlı nəzəriyyələr siyasi idielogiyaların yerini tutur və görüşlər dövlətlərin yeritdiyi siyasətə güclü təsir etmək gücünə malikdir. S.Hantinqton öz fikrini sübuta yetirmək üçün XX əsrin son onilliyində baş vermiş 3 münaqişəni qeyd edir:
1) Körfəz müharibəsində İraq digər ərəb dövləti olan Kuveyti işğal etdi və daha sonra ərəb, Qərb və digər dövlətlərdən ibarət koalisiya ilə üz-üzə gəldi. Aşkarda Səddam Hüseyni çox az ərəb dövləti dəstəkləyirdisə, gizlində ona bütöv ərəb elitası yardım göstərirdi və bu onu ərəb dünyasında ən populyar adam etmişdir. İslami fundamentalist hərəkatlar da, ənənəvi olaraq Qərbə söykənən Kuveyt və Səudiyyə Ərəbistanından daha artıq İraqı dəstəkləyirlər. S.Hüseyn ərəb millətçiliyindən daha çox islam mədəniyyətinə mənsubluğunu diqqətə çatdırır və bu müharibənin mədəniyyətlərarası bir qarşıdurma olduğunu qeyd edirdi. Məkkəli Umm Əl-Həvali bu müharibənin mahiyyətini belə şərh etmişdir: «Bu dünyanın İraqa qarşı çıxması deyil, Qərbin İslama qarşı olmasıdır».
Müsəlmanlar İraqa qarşı həyata keçirilən Qərb siyasətini, Serblərə qarşı bosniyalıları himayə etməməsini və qətnamələri ilə hesablaşmayan İsrailə qarşı BMT-in effektli tədbir görməməsini Qərbin ikili standartlarından doğduğu qənaətinə gəldilər. Onlar bilmirlər ki, vuruşan mədəniyyətlər dünyası qarşısıalınmaz ikili standartlar dünyasıdır, insanlar öz qohum ölkələrinə bir standart, digərinə isə başqa bir standart həyata keçirir.
«Qohum ölkələr» ittifaqı keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr arasında baş verən qanlı toqquşmalarda da üzə çıxdı. 1992-1993-cü illərdə erməni qüvvələrinin hərbi nailiyyətləri Türkiyəni Qafqazlarda yaşayan eyni dildə danışan, dini və irqi qardaşlarına dəstək olmaq üçün hərəkətə gətirdi. Bir türk dövlət adamı, 1992-ci ildə «Biz azərbaycanlılarla eyni duyğüları hiss edən bir Türk millətinə aidik. Qəzetlərimiz dəhşətli fotolarla doludur və bizə hələ də bitərəf siyasət yeritməmizdə ciddi olub-olmadığımızı soruşurlar. Ermənistana regionda böyük bir Türkiyənin var olduğunu göstərməyimiz lazım ola bilər», - demişdir. Dövlət başçısı Turqut Özal daha irəliyə gedərək «Türkiyə dişlərini göstərməlidir», - demişdir.
Hal-hazırda Azərbaycanda hökümətə keçmiş kommunistlər hakimdirlər. Hərçənd ki, Sovetlər Birliyinin dağılmasıyla birlikdə siyasi mülahizələr yerini dini ideyalara buraxdı. Azərbayjan «1800 dərəcə dönən Rus hökümətini» Ermənistana daim maddi və hərbi yardım göstərdiyi üçün günahlandırdı.
Daha bir nümunə Yuqoslaviyadakı münaqişələrlə bağlıdır. Bu münaqişə də mədəniyyətlərin digərlərinə qarşı yeritdiyi ikili standartlarla doludur. Belə ki, Qərb mediası və ictimaiyyəti ortodoksal serblərin zülmü ilə qarşı-qarşıya qalan müsəlman boşnaklara simpatiya yaratdılar və dəstəklədilər. Sonralar həmin Qərb ictimaiyyəti müsəlman boşnaklara hücum edən, müstəqil dövlət halına gələn Bosniya-Herseqovinanın dağılmasına böyük təsir göstərən katolik Xorvatların təcavüzünə heç də təsirli reaksiya verməmişdir.
Yuqoslaviyanın parçalanmasının ilk dövrlərində Almaniya Avropa Birliyinin digər 11 üzvünü (onda Avropa Birliyinin 12 üzvü var idi – A.A.) katolik ölkələr olan Sloveniya və Xorvatiyanın müstəqilliyini tanımasına və onlara hər cür dəstək göstərilməsinə diplomatik yollarla məcbur etmişdir. Bu iki katolik ölkəyə ən güclü yardım göstərən Roma papası idi. Keçmiş Yuqoslaviyadakı xristian katolik ölkələrə hər cür dəstək göstərilməsində Qərb mədəniyyətinin digər daşıyıcısı olan ABŞ heç də Qərbi Avropa ölkələrindən geri qalmırdı. İş o yerə çatmışdı ki, Xorvatiyanın Mərkəzi Avropa və digər Qərb ölkələrindən böyük miqdarda silah alacağı rəsmən bildirilirdi. Boris Yeltsin höküməti isə öz növbəsində gizli olaraq ortodoksal serblərə hər cür yaxınlıq göstərirdi. Buna baxmayaraq bir çox parlamentarinin də daxil olduğu mühafizəkar və millətçi Rus qrupları Serblərə daha effektli yardım göstərilməsi üçün hökümətə təzyiqlər göstərirdilər. 1993-cü ildə birlikdə təlim keçirilməsi və Serbiyaya verilmiş olan silahlarla bağlı məlumat əldə olunurdu.
Digər tərəfdən İslam ölkələri və müsəlman toplumlar Yuqoslaviyada yaşayan katolik xristianlardan fərdi olaraq müsəlman boşnakların müdafiəsinə qalxmayan Qərbi şiddətlə tənqid edirdilər. İranlı dini liderlər bütün müsəlmanları Bosniyaya kömək etməyə çağırıdılar. Eyni zamanda İran BMT-ın silah embarqosuna məhəl qoymayaraq boşnaklara hərbi yardım göstərir. Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələrinin hökümətləri boşnaklara daha artıq yardım göstərilməsi xüsusunda öz ölkələrindəki fundamentalist qrupların artan təzyiqləri altında qalmışdılar. Deyilənlərə görə, 1993-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı boşnakları serblərlə müqayisə olunacaq dərəcədə hərbi ləvazimatla təchiz etmişdir.
Mədəniyyətlərin saflaşması (bir sivilizasiyaya aid xalqların ittifaqı – A.A) bu günə qədər məhdud formada olmuşdur, ancaq bu gün bu proses böyüməkdədir və iri miqyasda yayılma potensialına sahibdir. Yuxarıda qeyd etdiyimiz misallarda göründüyü kimi, İran körfəzində, Qafqazlarda, Bosniyada və s. ixtilaflar davam etdikcə millətlərin mövqelər uğrunda və onların aralarındakı təfriqələr daha geniş formada mədəniyyət sərhədləri boyunca hasil olacaq. Populist siyasətçilər, dini liderlər və media bu kartdan kütlə dəstəyini əldə etmək və zəif, tərəddüd edən hökümətləri təzyiq altında saxlamaq üçün məharətlə istifadə edəcək. Gələcək illərdə məhəlli müharibələr Balkanlarda, Yaxın Şərqdə, Qafqazlarda olduğu kimi mədəniyyətlər arasındakı fərqi fay çatları boyunca böyük ehtimalla daha iri müharibələrə çevriləcək. Çox güman ki, bundan sonra dünya müharibəsi mədəniyyətlər arası müharibə olacaq».


QƏRBƏ QARŞI İSLAM-KONFUÇİLİK KOALİSİYASI

S.Hantinqton Soyuq müharibədən sonrakı dünya düzənini özünəməxsus formada xarakterizə edir. Onun fikrincə, mədəniyyətlər arasındakı gizlin qalmış qanlı sərhədlər soyuq müharibənin qanlı və qaynar nöqtələri ilə zəngin olan siyasi və idieloji sərhədləri ilə əvəz olunub, iç müharibə «Dəmir pərdə»nin Avropanı siyasi və idieloji baxımdan böldüyü zaman başladı və həmin pərdənin çəkilməsi ilə sona çatdı.
Dünyanın ideologiya nöqteyi-nəzərindən bölünməsi aradan qalxdıqca, Qərb mədəniyyətinin digər mədəniyyətlərlə arasında olan fərqliliklər yenidən özünü göstərməyə başladı. Qərbi olmayan ölkələrin Qərbə inteqrasiyasını əngəlləyən bir-birindən fərqli səbəblər var. Bu səbəblər İslam, Konfuçilik, Buddizm və Hinduizm üçün daha böyükdür. Qərbə inteqrasiyanın qeyri-mümkünlüyünü hiss edən və eyni zamanda Qərb mədəniyyətinə qoşulmaq istəməyən ölkələr öz iqtisadi-siyasi və hərbi potensiallarını gücləndirməklə Qərb ölkələri ilə rəqabətə dayanıqlı olmaq üçün səy göstərirlər. Bunu qeyri-Qərb ölkələri ilə münasibətləri inkişaf etdirməklə həyata keçirirlər. S.Hantinqtonun fikrincə, belə yaxın münasibətlərin ən bariz nümunəsi Qərb dəyərlərinə və mənafelərinə meydan oxumaq üçün yaranmış Konfuçilik – İslam yaxınlığıdır.
Bu gün Çin, Şimali Koreya və müxtəlif Yaxın Şərq dövlətləri hərbi güclərini əhəmiyyətli dərəcədə inkişaf etdirməkdədirlər. Bunu Qərb və digər ölkələrdən silah idxalı hesabına və hərbi-sənaye komplekslərinin inkişafı yolu ilə həyata keçirilər. Soyuq müharibənin gedişatında silahların nəzarət altında saxlanmasında əsas məqsəd ABŞ və müttəfiqləri ilə sosialist bloku arasında hərbi balansı təmin etmək idi. Soyuq müharibədən sonra isə kütləvi qırğın silahlarının yayılmasına qarşı çıxılması bu silahlara Qərb mənafelərinə çox da xoş münasibət bəsləməyən Şərq dövlətlərinin yiyələnə bilməsi təhlükəsi ilə bağlıdır. Qərb bu prosesi silah texnologiyaları üzərində nəzarət, iqtisadi təziq və millətlər arası razılaşmalar yolu ilə həyata keçirir.
Qərb ilə Konfuçilik – İslam dövlətləri arasındakı rəqabət nüvə, kimyavi və bioloci silahlar, ballistik raketlər və onların texnologiyaları sahəsində təzahür edir.
Qərbin silahların yayılmasına qarşı çıxmasına baxmayaraq digər ölkələr təhlükəsizlikləri üçün hər növ silahları əldə etməyə hüquqlarının yol verdiyini irəli sürürlər. Bu ölkələr doğrudan da başa düşürlər ki, Qərblə rəqabət istəyirlərsə, yüksək hərbi potensiala malik olmalıdırlır. Beləki, Hindistanın Müdafiə Nazirinə «Körfəz müharibəsindən nə kimi nəticə çıxarmaq olar?» sualı verildikdə o, belə cavab vermişdir: «Nüvə silahına sahib deyilsənsə ABŞ-la müharibə etmə». Əlbəttə, Çin bu növ silaha, Hindistan və Pakistan isə bu silahları yayma qabiliyyətinə malikdir. Şimali Koreya, İran, Liviya və Əlcəzair bu silahları əldə etməyə can atır.
Qərbin hərbi gücünə qarşı duran ölkələr sırasında Çin birinci kimi görsənir. Yüksək iqtisadi sıçrayışla dünyanı heyrətə salan Çin hərbi sferaya aid xərclərini olduqca artırıb və silahlı qüvvələrini modernləşdirməkdə inamla irəliləməkdədir. Çin 1992-ci ildə meqatonluq bir atom bombasını sınaqdan keçirdi. Çin eyni zamanda silah və böyük silah texnologiyası ixracatçısıdır. Çin Əlcəzairə nüvə silahı araşdırma və istehsalına uyğun bir reaktorstansiya inşa etməsinə kömək etmiş, İrana isə ancaq silah emalında istifadə edilə biləcək nüvə texnologiyası satmışdır. Onun sayəsində Şimali Koreya qısa müddətdə inkişaf etməkdə olan nüvə silahı proqramına sahib olmuşdur. S.Hantinqtonun fikrincə, İslam sivilizasiyası ilə Konfuçilik arasında olan bu dostluğun nə ilə nəticələnəcəyi bilinməsə də, Qərb ölkələri vaxtında tədbir görməlidir.

QƏRB DÜNYA QÜDRƏTİNİN ZİRVƏSİNDƏDİR

Qərb sivilizasiyası S.Hantinqtonun fikrincə, digər mədəniyyətlərlə müqayisədə bu gün dünya qüdrətinin zirvəsindədir. Çünki artıq super gücə sahib rəqibi yoxdur. Qərb dövlətləri arasında hər hansısa bir münaqişənin ola bilməsi ehtimalı özünü doğrutmur və Qərbin hərbi gücü rəqib tanımır. O, belə qeyd edir: «Qərb ölkələri ilə Yaponiyadan başqa digər sivilizasiyalara məxsus heç bir ölkə iqtisadi, siyasi və hərbi rəqabət apara bilməz. Çünki beynəlxalq siyasət və təhlükəsizlik məsələləri ABŞ, İngiltərə və Fransanın (çünki hər üçü BMT TŞ-nın üzvüdür), dünya iqtisadiyatı isə ABŞ, Almaniya və Yaponiyanın nəzarəti altındadır və bu ölkələr Qərbli olmayan heç bir ölkəyə meydan verməyərək bir-birləri ilə son dərəjə yaxın münasibətlərini davam etdirirlər. BİTTŞ-nın və BVF qəbul etdiyi, özündə Qərbin maraqlarını əks etdirən hər bir qərarını dünya ijtimaiyyətinin mənafeini qoruyurmuşjasına təqdim edir. Qərb Dünya Bankı və BVF və digər beynəlxalq iqtisadi təşkilatlar vasitəsi ilə öz iqtisadi mənafelərini reallaşdırır və bunun üçün hazırladığı iqtisadi siyasəti digər dövlətlərə zorla qəbul etdirir. Bununla yanaşı bu təşkilatlar qeyri-Qərb ölkələrin Maliyyə Nazirliyində və digər iqtisadi qurumlarında şübhəsiz, bir neçə adamı ələ almaqla öz istəklərini həmin dövlətin elitasına qəbul etdirirlər. Rus Arbatov BVF-nu «başqalarının pullarını ələ keçirib onu başqalarına faizlə verməyi, siyasi və iqtisadi idarələrə yad vasitələrlə müdaxilə etməyi, iqtisadi azadlığı boğmağı sevən yeni bolşeviklər»ə bənzətməyində müəyyən qədər haqlıdır.
Bəzi alimlərin fikrinjə bütün insanları öz ətrafına yığa bilən yeganə sivilizasiya Qərb sivilizasiyasıdır. Əmlində isə belə deyil. Qərb mədəniyyəti anjaq dünyanın geri qalmış hissələrinə həqiqətən nüfuz edə bilir. Ümumilikdə götürsək, Qərbin əsas prinsipləri digər mədəniyyətlərin təməl prinsiplərindən köklü sürətdə fərqlənir. Qərbin fərdiyyətçilik, liberalizm, insan haqları, bərabərlik, azadlıq, hüquqi tənzimlənmə, demokratiya sərbəst bazar iqtisadiyyatı, dinin dövlətdən ayrılması prinsipləri (və Qərbin mənəvi həyat tərzi“ A.Ə) İslam, Konfuçilik və digər mədəniyyətlər tərəfindən bir mənalı qarşılanmır. Qərbin bu prinsipləri yaymaq üçün sərf etdiyi zəhmətlər digər mədəniyyətlərə aid insanlarda «insan haqları imperializmi»nə qarşı reaksiya yaradır və gənc nəsli milli və dini fundamentalizmə itələyir. Buna görə də bəzi alimlər belə qənaətə gəliblər ki, Qərbdəki ən mühum dəyərlər digər sivilizasiyarda ən dəyərsiz olanlardır».


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə