Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







VERILIŞ: "ÜÇBUCAQ"
I BURAXILIŞ

Font:      
Mövzu: Çağdaş təhsil sistemləri və Azərbaycan

İlkin ssenari

Verilişin şapkası (computer qrafikası)- 10-15 saniyə
Studiya.

I aparıcı " oglan.
II aparıcı " qız.

I aparıcı: Axşaminız xeyir, əziz tamaşaçılar! Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi ilə birlikdə intellektual yönümlü yeni bir telelayihə ilə görüşünüzə gəlib.

II aparıcı: Üçbucaq adlanan yeni telelayihəni sizə biz: Anar Əsədbəyli və mən - Gunel Movlud teqdim edəcəyik. Hər bir buraxılışımızda Azərbaycanın hansısa bir problemıni dərindən araşdırmağa, onun həlli yollarını aramağa çalışacağıq. Məqsədimiz: ideyaları, fikirləri və problemləri müzakirə etməkdir.

I aparıcı: İlk mövzumuz Çağdaş təhsil sistemləri və Azərbaycan adlanır. Veriliş boyunca nələr baş verəcək, kimləri və nələri eşidəcəksiniz? Öncə sizi verilişin əsas məqamları üzərində qurulmuş kiçik bir anonsa baxmağa dəvət edirik.

Anons- 30 saniyə
Studiya.




I aparıcı: Bu gün Azərbaycan insan inkişaf indeksinə görə dünyada 91-ci yeri tutur. Bunun əsas səbəblərindən biri və bəlkə də birincisi, Azərbaycanın muasir tələblərə cavab verməyən təhsil sistemidir. Artıq dünya mükəmməl təhsilin hakim oldugu bir mərhələyə qədəm qoyub.

II aparıcı: Yeni dövrün tələbi göstərir ki, XXI əsrdə elm dünya xalqlarının qarşısında duran ən böyük mübarizə mənbəyi olacaqdır. Artıq dünyada gəlir əldə etməyin formaları dəyişib. Bu əsrdə yalnız elmə investisiya qoyan və bu sahədə yenilik yarada bilənlər rəqabət apara biləcəklər.

I aparıcı: Bəs Azərbaycan və onun təhsil sistemi yeni dövrün tələblərinə hazırdırmı? Bu sualın cavabı ilk baxışdan nə qədər aydın görünsə də biz daha cox soyuq faktları və rəqəmləri danışdırmaga çalışacagıq.

II aparıcı: Proqramın yaradıcı heyəti tərəfindən hazırlanan telesüjetə baxdıqdan sonra gerçək mənzərə daha aydın görünəcək. Süjetdən sonra isə studiyaya dəvət etdiyimiz qonaqlarla maraqlı müzakirə gözləyir. Bizdən ayrılmayın.

(Süjetdə əsasən Heydər Əliyev Fondunun agır vəziyyətdə olan 132 məktəb haqqında çəkdiyi sənədli kadrlardan istifadə olunur. Əsasən Azərbaycan məktəblərinin maddi-texniki baza probleminə toxunulur və komputerləşdirmə məsələsi qabardılır. Dünya ölkələri ilə müqayisə aparılır. " 6 dəq.)


I aparıcı: Beləliklə proqramımızın ilk qonaqlarını sizə təqdim edirik.

- Heydər Əliyev Fondunun nümayəndəsi : ________________________________
- Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi:
__________________________________________

Qonaqların toxunacagı əsas məqamlar və cavablandıracagı suallar:
1. Müasir təhsil sistemləri sahəsində hansı işləri görüblər və hansı layihələri həyata keçiriblər?
2. Azərbaycanda dövlət təhsil proqramı əsasında yeni məktəblərin inşası prosesi gedir. Bu prosesdə Heydər Əliyef Fondu və Yaponiya səfirliyi də aktiv iştirak edir. Bundan əlavə İslam İnkişaf Fondu da bu məqsədlə Azərbaycana kreditlər ayırıb. Lakin son 7 ildə cəmi 200-dən bir qədər artıq yenı məktəbin tikildiyini və Azərbaycanda 1000-dən artıq məktəbin agır durumda oldugunu nəzərə alsaq, təhsil sisteminin bu vəziyyəit sizi qane edirmi?
3. Bir tərəfdən bəzi məktəblər komputerləşdirilir. Digər tərəfdən isə bir çox məktəblərdə dərs keçmək üçün ibtidai şərtlər belə mövcud deyil. Bu onsuz da mövcud problemin daha da dərinləşməsinə təkan verməzmi?
4. Yaponiya təcrübəsi necədir? (Yapon səfirliyinin nümayəndəsinə)
5. Hansı çıxış yolları təklif edirsiniz?

Blok başa çatır. Proqramın başlığını efirə verməklə ikinci hissəyə keçid edilir.

II aparıcı: Azərbaycan təhsilinin problemlərindən danışarkən yalnız orta məktəblərdən söhbət acmaq kifayət deyil. Orta məktəblər baza rolunu oynasa da nəticə baxımından əsas mənzərəni ali təhsil ocaqları ümumiləşdirir. Bu mövzuda söhbət etmək üçün növbəti qonagımızı sizə təqdim etməzdən öncə Çinin tanınmış Şanxay Jiao Tong Universiteti tərəfindən 2003-cü ildən etibarən hazırlanan və bütün dünyada çox ciddi qəbul edilən bir araşdırmanı nəzəzrinizə çatdirirıq. Çinli mütəxəssislərin hazırladığı Dünyanın ən yaxşı 500 universiteti siyahısında ötən il keçmiş SSRİ məkanından cəmi iki universitet " Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti yer ala bildi. Amma ilk 500-lərin siyahısında ABŞ-dan 168, İngiltərə və Almaniyanın hərəsindən 40, Yaponiyadan isə 34 universitet yer alıb. Siyahıda Türkiyədən də iki ali məktəb İstanbul Universiteti və Hacəttəpə Universiteti var.

I aparıcı: Siyahıya görə dünyanın ən yaxşı 10 universitetindən 8-i ABŞ-a, 2-si isə İngiltərəyə məxsusdur. Dünyanın ən yaxşı 500 universiteti siyahısındakı ilk 10 universitet bu ardıcıllıqla sıralanıb: Harvard Universiteti (ABŞ), Cambridge Universiteti (İngiltərə), Stanford Universiteti (ABŞ), California-Berkeley Universiteti (ABŞ), Massachusetts Texnologiya İnstitutu (ABŞ), California Texnologiya İnstitutu (ABŞ), Columbia Universiteti (ABŞ), Princeton Universiteti (ABŞ), Chikago Universiteti (ABŞ) və Oxford Universiteti (İngiltərə). (Siyahı parallel olaraq ekranda yazılı şəkildə görünür).

II aparıcı: Siyahıda diqqət çəkən bir məqam da ondan ibarətdir ki, bu ən yaxşı 500 universitet, sadəcə, 36 ölkəyə məxsusdur. Ən yaxşı performansa sahib 10 ölkənin ardıcıllığı isə belədir: ABŞ, İngiltərə, Yaponiya, Almaniya, Kanada, Fransa, İsveç, İsveçrə, Niderland və Avstraliya. (Siyahı ekrana gəlir). Siyahını hazırlayanlar Amerika universitetlərinin dünya üzrə ən çox dövlət dəstəyi alan ali təhsil qurumları olduqlarını qeyq edirlər.


I aparıcı: Siyahı hazırlanarkən üç əsas prinsip qabardılır:

- Təhsilin keyfiyyəti.
Burada universitet məzunlarından neçə nəfərin Nobel mükafatı və Fields medalı aldıqları nəzərə alınır. Bu amil ümumi dəyərləndirmədə 10 faiz paya sahibdir.

- Fakültələrin keyfiyyəti.
Burada olan iki amilə diqqət yetirilir: Universitetin elmi heyətindən neçə nəfərin Nobel mükafatı və Fields medalı alması, 21 geniş mövzu kateqoriyasında (tibb, ictimai elmlər, mühəndislik və s. sahələr üzrə) yüksək səviyyədə istinad edilən tədqiqatçılar. Bu amillərin hər biri ümumi dəyərləndirmədə 20 faiz paya sahibdir.

- İnstitutun tutumu.
İnstitutun tutumuna görə akademik fəaliyyət. Burada ciddi nəşrlərdə dərc edilən elmi məqalələr və araşdirmalar əsas götürülür. Bu, amilin ümumi dəyərləndirmədə 10 faiz payı var.

II aparıcı: Bəs Azərbaycan kimi kiçik ölkələrin haçansa belə siyahılarda təmsil olunması mümkündürmü? Həm İrlandiyanın, həm də Hindistanın siyahıda 3 universitetlə təmsil olunması da göstərir ki, əhalinin azlığı və ya çoxluğu burada əhəmiyyət kəsb etmir. Sualımızı Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı cavablandıracaq. Hamlet müəllim, sizi studiyamızda xos gördük. Necə hesab edirsiniz, Azərbaycan ali məktəblərinin yaxın prespektivdə belə bir səviyyəyə çatmalarına ümid ertməyə dəyərmi?


Hamlet İsaxanlı:

I aparıcı: Hamlet müəllim, Xəzər Universiteti hansı təhsil sistemi üzərində fəaliyyət göstərir?

Hamlet İsaxanlı:

II aparıcı: Bütün inkişaf etmiş ölkələrdə universitetlər elmi araşdırmaların aparıldığı, müstəqil qurumlar kimi fəaliyyət göstərirlər. Çünki elmi araşdırma eyni zamanda yenilikləri öyrənmə və özünü inkişaf etdirmə fəaliyyətidir. İsraildə 6 milyon əhali 1 ildə 9 min 167 məqalə, İsveçrədə isə 7 milyon əhali 13 min 605 elmi məqalə yayımlayır. Türkiyədə isə 75 milyon insan bir ildə sadəcə 3 min 774 elmi məqalə ortaya qoyur. Azərbaycanda isə belə bir statistika ilə tanış olmaq cəhdlərimiz boşa çıxdı. Sizin universitetdə vəziyyət necədir?

Hamlet İsaxanlı:

I aparıcı: Yeni Təhsil qanunu layihəsi haqqında nə deyə bilərsiniz?

Hamlet İsaxanlı:

II aparıcı: Fikrinizcə, Azərbaycan üçün çagdaş təhsil sistemlərindən hansı birisi daha məqbul hesab oluna bilər?

Hamlet İsaxanlı:

III hissə:

Türkiyədən baglantı: Çagdaş təhsil sistemlərinin iqtisadi aspektləri - 7 dəq.

IV hissə

Qonaqlar:
1. Təhsil Nazirliyinin nümayəndəsi____________________________
2. Milli Məclisin Təhsil Komissiyasının sədri _____________________

I aparıcı (TN-nin nümayəndəsinə sual): Bu gün Təhsil sektorunda nə qədər adam çalışır və bu rəqəm ölkədə işləyənlərin umumi tərkibində neçə faiz təşkil edir?

Cavab:

II aparıcı: Bəs təhsilə ayrılan vəsait büdcənin neçə faizini təşkil edir?

Cavab:

I aparıcı: Belə bir müqayisə aparaq: Azərbaycanda kapital qoyuluşunun 70 faizi neft sektoruna yönəlir. Bu sektorda 65 min nəfər adam çalışır. Bu rəqəm, işləyənlərin umumi tərkibində 2 faiz təşkil edir. Uygun rəqəmləri təhsil sektoru ilə uzlaşdıranda nə deyə bilərsiniz?

Cavab:

II aparıcı: Ötən il Hindistan təkcə proqlamlaşdırma sahəsində 300 milyard dollar gəlir əldə etdi. Yəni Azərbaycanın Əsrin muqaviləsindən 30 ilə əldə edəcəyi gəlirdən Hindistan bir il ərzində 10 dəfə artıq qazanc götürdü. Artıq dünya təcrübəsi göstərir ki, elm istehsalın sayca beşinci və həm də əsas amilinə çevrilib. Artıq ciddi şəkildə bu sahəyə böyük yatırımlar qoyulur. Bəs Azərbaycan?

Cavab:

I aparıcı: Azərbaycanda nə qədər akademik, professor, elmlər doktoru və elmlər namizədi var, Bu statistikanı açıqlayarsınızmı?

Cavab:

I aparıcı:

Cavab:

II aparıcı: Dünyada hər 1000 nəfərə orta hesabla 450-500 komputer düşür. Yəni hər iki nəfərə bir komputer. Azərbaycanda isə hər 1000 nəfərə 29 kompüter düşür. Əgər inkişaf etmiş ölkələrdə informasiya texnologiyalarına yatırılan investisiyalar milli gəlirin 5-6 faizini təşkil edirsə, Azərbaycanda bu rəqəm uygun olaraq 0.001-0.002 faizdir. Sizcə, bu rəqəmləri müqayisə etməyə dəyərdi?

Cavab:

I aparıcı: (TK-nın sədrinə sual): Şəmsəddin müəllim, Təhsil qanunu haqqında yeni layihə bütün bu problemləri aradan qaldırmaq üçün nəyi nəzərdə tutur?

Cavab:

II aparıcı: Ümumıyyətlə, bu qanun illərdən bəridir ki, Milli Məclisin qovluqlarında yatır. Bunu qəbul olunmamasına səbəb nədir?

Cavab:

I aparıcı: Yeni Layıhə hansı çağdaş təhsil standartlarına uygundur?

Cavab:

II aparıcı: (TN numayəndəsinə sual): Azərbaycanın da qoşulduğu Bolonya prosesi haqqında nə deyə bilərsıniz?

Cavab:

I aparıcı: Azərbaycan Bolonya prosesinin prinsiplərinə nə qədər əməl edir?

Cavab:

II aparıcı: Yaxınlarda TQDK-si bir araşdırma apararaq bəyan etdı ki, orta məktəblərdə atestat qiymətləri subyektivdir və buna görə də Vahid Test Sisteminə yaxın zamanlarda keçmək effektiv olmayacaq? Bununla razısınızmı?

Cavab:

I aparıcı: (TK sədrinə sual) Yeni Təhsil qanunu hələ qəbul edilməsə də bu gün sanki ikihakimiyyətlik yaranıb. Bakalavr yarımçıq ali təhsil sayılır. Magistratura ilə yanaşı aspirantura da fəaliyyət göstərir. Qanun layihəsi bu problemi necə yoluna qoyacaq?

Cavab:

II aparıcı: Qanun layihəsi hansısa xarici ekspertlərə rəy üçün verilibmi?

Cavab:

I aparıcı: Sualım hər ikinizədir: Ümumiyyətlə, layihənin yenidən işlənməsinə ehtiyac hiss edirsinizmi?

Cavab:

Cavab:

II aparıcı: Sonda sadə bir sual: Azərbaycanın təhsil sisteminin bu günkü səviyyəsi yaxın prespektivlər üçün nikbin nəsə vəd edirmi?

Cavab:

Studiya:
Aparıcılardan Yekun rəy " 3 dəq.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə