Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







NOMİNANTLAR

Font:      
I «Qızıl Kürə»
Beynəlxalq Ödülünün nominantları

1. Mədəniyyət üzrə:

Ədəbiyyat

- yazıçı-kulturoloq Kamal Abdulla - «Yarımçıq Əlyazma» romanı: Avropada (Fransa), yaxın qonşu ölkələrdə (Türkiyə, Rusiya) çağdaş Azərbaycan nəsrini uğurla təmsil etdiyinə görə;
- «Sənət qəzeti»: dünya ədəbiyyatından, elmi-fəlsəfi, kulturoloji irsindən ardıcıl tərcümələrinə, o cümlədən, çağdaş Azərbaycan ədəbiyyatını, sənətini uğurla təbliğ etdiyinə və «Həmrəylik» Beynəlxalq Sənət Mükafatını təsis etdiyinə görə;
- «Dünya» almanaxı: dünya ədəbiyyatından tərcümələrə, o cümlədən, almanaxın orijinal kitablar seriyasına görə;
- ədəbi tənqidçi Əsəd Cahangir: Azərbaycan ədəbi tənqidinə yeni, çağdaş standartlar gətirdiyinə; fundamental ədəbi-elmi-kulturoloji araşdırmalara («İsgəndərnamə», «Yeni əsrin ibtidası», «Kim yatmış, Kim oyaq» və s.); «Körpü kimi» ilk ədəbi tənqid jurnalını yaratdığına görə;
- şair Nərmin Kamal: çağdaş ədəbi dəyərləri özündə yüksək səviyyədə həll edən şer silsilələrinə və tərcümələrinə görə;

Kino

- «Cinema» Araşdırma Mərkəzi: çağdaş dünya kinosu haqqında ardıcıl araşdırmalara, Tələbə Rejissorların Beynəlxalq Film Fesitvalının («Start») təşkilatçılığına görə;
- rejissor Hüseyn Mehdiyev: Azərbaycan Peşəkar Rejissorlar Gildiyasına uğurlu rəhbərliyə; Beynəlxalq Audio-Vizual Filmlər Festivalının təşkilatçılığına, «Özgə vaxt», «Məkanın melodiyası» filmlərinin rejissorluğuna görə;
- «Yeni Dalğa» Müstəqil Prodüsser Mərkəzi: yaradıcı gənclərə dəstəyə; orijinal layihələrə; hazırda çəkilməkdə olan iri büdcəli «İblis» filminə prodüsserliyə görə;
- «Dərviş» Prodüser Mərkəzi: «Çalış, nəfəs alma» (rej. Alina Abdul) filminin çəkilişlərinə və gənclərə dəstəyə görə;

Televiziya

- «Gecə kanalı: Qısa dalğada» (Spase) layihəsi, toqquşan dəyərlər mövzusunda intellektual müzakirələrə və orijinal yanaşmaya görə;
- «Orta məxrəc» (İTV) proqramı, cəmiyyətdə kəskin fərqlənən fikirləri bir araya gətirmə cəhdlərinə və aktual problemlərin müzakirələrinə görə;
- «Cəm» (ANS) proqramı, fikir müxtəlifliyinin və plüralizminin təbliğinə görə;
- «Qərib Azər» (ANS) proqramı, Azərbaycan tele məkanında dünyanı Azərbaycana virtual olaraq tanıdan tək layihə kimi,

Musiqi

- muğam ifaçısı Alim Qasımov, Azərbaycan muğamını qlobal mədəniyyətin tərkib hissəsinə çevirə bildiyinə; Beynəlxalq Muğam Mərkəzini yaratdığına görə;
- bəstəkar Elmir Mirzəyev, Azərbaycanda yeni müsiqi anlayışının formalaşmasında xidmətlərə və çoxsaylı beynəlxalq uğurlara, o cümlədən «Səmum portretləri» Beynəlxalq Festivalın təşkilatçılığına görə,
- müğənni Röya Ayxan, Aəzərbaycan estradasının yeni keyfiyyət mərhələsinə keçiddə xidmətlərinə görə;

2. Elm və Təhsil sahələri üzrə:

- «Beşik dəftəri» kitabı, məktəbəqədərki uşaqlar üçün Azərbaycanda tək və ən orijinal layihə kimi,
- prof. Oruc Musayev, İngilis-Azərbaycan dillərində çoxsaylı sanballı lüğətlərin və dərsliklərin tərtibinə görə,

3. İqtisadiyyat sahəsi üzrə:

- «İqtisad.net» Virtual Araşdırmalar Mərkəzi, Azərbaycanın iqtisadi problemlərinə yeni və çağdaş baxışları bir araya gətirdiyinə görə;
- prof. Zahid Məmmədov, çağdaş elmi-iqtisadi standartların Azərbaycan iqtsad elminə tətbiqinə; çoxsaylı iqtisadi proqramlarına görə;

4. Siyasət sahəsi üzrə:

- Asim Mollazad; Azərbaycan avropa standartlarına uyğun yeni partiya modelini ortaya qoyduğuna görə;
- Fazil Qəzənfəroğlu; Azərbaycan siyasətində yeni dəyərlər sistemi və intellektual yanaşmanın formalaşmasında xidmətlərə görə;
- Səməd Seyidov; Avropa Şurasındakı uğurlu fəaliyyətinə görə;
- Sərdar Cəlaloğlu; Azərbaycan siyasətinə elmi-fəlsəfi yanaşmaya və siyasi-fəlsəfi kitablarına görə;
- Hikmət Hacızadə; Azərbaycanda Avropa liberal demokratiya dəyərlərinin yorulmaz müdafiəsinə, «Demokratiyaya gediləsi yol» ensiklopedik-kitabın tərtibinə görə;

5. İdarəetmə və Fəaliyyət prinsiplərinə görə;

Dövlət Sektoru

- Əli Abbasov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində apardığı uğurlu islahatlara görə,
- Elmar Məmmədyarov, Xəzərin bölünməsi üzrə beynəlxalq danışıqlarda qazanılan uğurlara, Avropa Birliyi ilə aparılan danışıqlara görə;

Qanunverici sektor

- Gültəkin Hacıyeva: Azərbaycanın Avropa standartlarına uyğunlaşması istiqamətində MM-in tərkibində və Avropa Şurasında uğurlu fəaliyyətə görə;
- Əli Hüseynov: Azərbaycan hüquq qanunvericilik bazasının formalaşması istiqamətində xidmətlərinə görə;

Özəl sektor

- Mahmud Məmmədov (Günay Holdinq): Azərbaycanda ilk holdinqin təşkilinə, özəl bank və sığorta sisteminin inkişafında uğurlu idarəetməyə görə;
- Baba Rzayev («Bakelektro» Şirkətlər Qrupu): Azərbaycan elektrotexnika bazarının formalaşmasında və Avropaya çıxmasında səmərəli idarəetmə və uğurlu fəaliyyətə görə,

6. Qeyri-Hökümət Təşkilatları üzrə:

- Heydər Əliyev Fondu: Azərbaycanın regionlarında çoxsaylı təhsil ocaqlarının inşasına və intertetləşdirilməsinə görə;
- Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzi: siyasi analitik-elmi araşdırmalarına görə,
- Azad Yazarlar Ocağı: Müstəqil Azərbaycanın mədəni, ədəbi, kulturoloji dəyərlərinin formalaşmasında xidmətlərə görə;
- Multimedia İnformasiya Sistemləri və Texnologiyaları mərkəzi: Azərbaycan İnternet məkanının formalaşmasında və internet maarifləndirmə işlərinə, o cümlədən çoxsaylı layihələrinə görə;

7. İnsan Haqları və Hüquq sahəsi üzrə,

- Canni Bukkikyo, Venetsiya komissiyasının katibi: Azərbaycanın insan haqları və hüquq qanunvericiliyi sahəsində Avropaya uyğunlaşması istiqamətində prinsipial mövqeyinə və ardıcıl fəaliyyətinə görə;
- Andreas Qross, AŞ PA-nın həmməruzəçisi: Azərbaycannda demokratiyanın inkişafı və sivill insan hüquqlarının bərqərar olması istiqamətində uzunmüddətli prinsipial fəaliyyətinə görə,
- Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi: insan haqlarının yorulmaz müdafiəsinə görə;

8. KİV və nəşr sahəsi üzrə

- «Azerbaydjan v mire» beynəlxalq jurnalı: Azərbaycana dünyadan baxışı və gepolitik araşdırmaları özündə birləşdirən layihə kimi;
- GBS nəşriyyatı: Azərbaycan poliqrafiya sisteminin yüksək texnologiyaları əxz etməsi istiqamətində uğurlarına görə,
- Qapp-Poliqraff nəşriyyatı: Azərbaycan mətbəə və kitab bazarının formalaşmasında xidmətlərinə görə;
- «Gün-səhər» qəzeti: Azərbaycan qəzet bazarına yeni standartları və ictimai qəzet anlayışının formalaşmasında xidmətlərinə görə ;
- «Ekspress» qəzeti: Aəzrbaycan mətbuatında plürializmin inkişafındakı xidmətlərə görə;
- «Ayna-Zerkalo» qəzeti: Müstəqil Azərbaycan mətbuatı ənənələrinin formalaşmasında xidmətlərinə görə;

9. İnformasiya Və Texnologiyalar sahəsi üzrə

- «AzEvroTel» müəssisəsi: Azərbaycanda kompüter texnologiyalarının istehsalı sahəsində qazandığı uğurlara görə;
- «FVS» - intertet klub: İnternet xidməti sahəsində qabaqcıl standartların Azərbaycanda uğurla tətbiqinə görə;
- Akademik Telman Əliyev, AMEA Kibernetika İnstitutunun diretoru: kibernetika və informasiya texnologiyaları sahəsi üzrə qazandığı elmi uğurlara görə; ABŞ-da çap olunmuş «Siqnalların analizi üçün qəzaların emalında Robast texnologiyası» kitabına görə;
- «Azeronline» provayder şirkəti: İnternet məkanının inkişafında xidmətlərinə görə,
- «İnterans» provayder şirkəti: İnternet məkanının inkişafında xidmətlərinə görə,
- «Bakinter» provayder şirkəti: İnternet məkanının inkişafında xidmətlərinə görə,
- «Oxsigen» provayder şirkəti: İnternet məkanının inkişafında xidmətlərinə görə,

10. Qabaqcıl ideyaların himayəsi üzrə:

- Fəttah Heydərov: Azərbaycan mədəniyyəti ilə bağlı bir çox layihələrin himayəsinə görə;
- Gülağa Qənbərov Fondu: çoxsaylı xeyriyyə tədbirlərinə və uşaq evlərinin himayəsinə görə;
- Nahit Kabakçı: Azərbaycan mədəniyyətində bir çox iri layihələri dəstəklədiyinə və təşkilinə görə.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə