Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







I «Qızıl Kürə» Beynəlxalq Ödülünün

ƏSASNAMƏSİ

Font:      
1.Ödül Azərbaycan cəmiyyətində qloballaşma ideyasını populyarlaşdırmaq; Azərbaycanı dünyaya yaxınlaşdıran rəsmi və ictimai qurumları, o cümlədən, elm, mədəniyyət, siyasət adamlarını və ictimai xadimləri dəyərləndirmək məqsədi ilə təsis edilmişdir.
2.Ödül 10 sahə (15 nominasiya) üzrə təqdim edilir.
3.Ödül ildə bir dəfə, dekabr ayının sonunda təqdim edilir.
4.Ödülün Təşkilat Komitəsi (TK) QASİM-in İdarə Heyəti (İH) tərəfindən formalaşdırılır.
5.TK-nın tərkibi QASİM-in İH-nin üzvləri, departament rəhbərləri, o cümlədən üzvləri daxil ola bilər.
6.TK-nın tərkibi 7 nəfərdən ibarətdir.
7.TK-nın sədri TK üzvləri öz aralarından sadə səs çoxluğu ilə seçir.
8.TK-nın hər bir üzvünün hər bir nominasiya üzrə öz namizədini təklif etmək səlahiyyəti var.
9.Təklif edilən namizədlər TK-nın səsverməsinə buraxılır, sadə səs çoxluğu qazanan namizədlər müsabiqəyə buraxılır.
10.Müsabiqəyə qatılmış namizədlər arasından qaliblərin müəyyən edilməsi TK üzvləri və Ekspertlər Qrupu tərəfindən aparılır.
11.Ekspertlər Qrupu (EQ) hər bir (və ya bir neçə) nominasiya üzrə, tərkibi 7 nəfərdən ibarət olmaqla, TK tərəfindən seçilir.
12.Qalibin müəyyənləşdirilməsi bal sistemi ilə aparılır.
13.Hər bir TK və EQ üzvünün səsi 10 bal dəyərində qiymətləndirilir və 10 bal bir namizədə verilə və ya bir neçə namizəd arasında paylaşdırıla bilər;
14.Ən çox bal toplayan namizəd qalib seçilir.
15.Qaliblər xüsusi diplom və kiçik qlobusla təltif edilir.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə