Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







"QLOBALLAŞAN AZƏRBAYCAN SİVİL İNKİŞAF MƏRKƏZİ"
İctimai Birliyinin Layihələri

Font:      
1. Həyata keçirilən layihələr

QIZIL KÜRƏ Beynəlxalq Mükafatı Azərbaycan cəmiyyətində qloballaşma ideyasını populyarlaşdırmaq; Azərbaycanı dünyaya yaxınlaşdıran rəsmi və ictimai qurumları, o cümlədən, elm, mədəniyyət, texnologiya, insan haqları və hüquq, qeyri-hökümət təşkilatları, idarəetmə və fəaliyyət prinsipləri, habelə kütləvi informasiya vasitələri eyni zamanda siyasət adamlarını və ictimai xadimləri dəyərləndirmək məqsədi ilə təsis edilmişdir.

QLOBAL KİTABXANA Bu layihə çərçivəsində hər il müxtəlif sahələri,mövzu və problemləri əhatə edən kitabları nəşr etmək nəzərdə tutulur. Məqsəd cağdaş dünyada mövcud olan ən yeni və yayğın elmi, kulturoloji yanaşmaları və yeni baxış tərzlərini ictimaiyyətə təqdim etmək, ciddi elmi-konseptual müzakirələrə nail olmaqdır. Bunlar «Qloballaşmaya Doğru», «Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı», «Qloballaşma və xarici investisiyalar», «Kapitalizm kapitalizmə bənzəməz» adlı kitablardır.

ŞƏNBƏ KLUBUР’ layihənin yaradılmasında məqsəd müxtəlif mövzu və problemlərə yönəlik mütəxəssislərin fərqli və yeni yanaşmalarını ortaya çıxarmaq, sistemləşdirmək və gündəmə gətirməkdir.

Yeni İqtisadiyyat aylıq biznes-iqtisadiyyat jurnalı 2 dildə Azərbaycan və İngils dillərində nəşr olunur. Jurnalda mütəmadi olaraq Azərbaycanda, Qafqaz bölgəsində və dünyada baş verən müxtəlif iqtisadi sahələr üzrə hesabatlar və iqtisadi analizlər, iqtisadi proseslər, sosial problemlər, maliyyə təminatı, şirkət idarəetməsi, sahibkarlığın inkişafı üçün kredit ehtiyacları, enerji sektoru, qadınların iqtisadi həyatdakı rolu, sənayenin dirçəldilməsi, turizmin coğrafi imkanlarından faydalanma, sığorta, təhsil, elm əsri, İKT-nin inkişafı və s. mövzulara dair araşdırmalar aparılıb, həmçinin, tanınmış iş adamları, xarici ekspertlər, iqtisadçı alimlər, hökumət və beynəlxalq maliyyə təşkilatları nümayəndələrinin fikir və müsahibələrinə də geniş yer verilib.

Yeni İqtisadiyyat İqtisadi İnformasiy Agentliyi İlk iqtisadi agentlik olan «Yeni İqtisadiyyat» 3 dildə “ rus, ingilis və Azərbaycan dillərində oktyabrın 1-dən fəaliyyət göstərib və ölkədə, eləcə də dünyada baş verən ən son iqtisadi-sosial hadisələr «www.yeniiqtisadiyyat.com» saytında yerləşdirilib. 01 oktyabr 2007-ci ildən 28 noyabr 2007 ci ilə qədər fəaliyyət göstərib.

www.qasim-az.com saytı 3 dildə Azərbaycan, İngils, Rus dillərində hər gün yenilənərək qlobal xəbər saytı olaraq fəaliyyət göstərir. Sayt həmçinin QASİM İctimai Birliyi haqda və birliyin həyata keçirdiyi bütün layihələrlə bağlı informasiya yayır. 01 iyul 2005-ci ildə fəaliyyətə başlayıb hal-hazırda davam edir.

2. Həyata keçirilməsi nəzərdə tutulan layihələr:

Avropa Birliyi A-dan Z-yə Bu kitabda Avropa Birliyi nədir? Avropa Birliyinə necə üzv olmalı? Avropa Birliyində nələr yaşanır? Nədən dunya olkələri Avropa Birliyinə üzv olmağa can atır? Ölkələrin avropa birliyinə üzv olmasının fayadalı və zərərli tərəfləri həmçinin birliklə bağlı digər suallara cavab tapacaqsınız və bu kitab Avropa Birliyi hakda müfəssəl məlumat kitabçası olacaq.

Yüzilin şeytan üçlüyü, ABŞ - Neft Dollar (Cenk Pala) Bu kitab indiyə qədər bir neçə ölkədə xüsusən də Türkiyə və ABŞ-da bir neçə dəfə nəşr olunub. Müəllif Azərbaycanda bu kitabın nəşr olunma hüququnu məhz QASİM-ə verib və Azərbaycanda nəşr olunduğu ucun ilk kəs kitaba azərbaycanlı oxucular üçün xüsusi bölmələr əlavə edib və müəllifin bu əlavələri də yalnız azərbaycanlı oxucular üçün nəzərdə tutulub. Adından da göründüyü kimi bu kitabda yaşamın məhs bu üçlüyün əlində olduğundan, bu üçlüyün də dünyada cox boyük güc oldugundan və bir arada hansı şərtlərdə ən böyük ola bildiklərinin səbəblərindən danışılır. Cenk Pala: Dr. Cenk Pala BOTAŞ -a (Boru Hatları İlə Retrol Taşıma Anonim Şirkəti) İnternational Ltd., Beynəlxalq Proyektlər dairə Başqanlığı Bakı-Tbilisi-Ceyhan xam neft kəməri proyekt direktorluğunda beynəlxalq boru xətti proyektləri daxilində iqtisadçı və strategiyaçı vəzifələrində işləyib. 2001-ci ilin sentyabr ayından BOTAŞ Xarici Əlaqələr və Strategiya və İnkişaf Etdirmə İdarəsinin başçısı vəzifəsini icra edən Dr. Pala 2004-cü ilin sentyabr ayından etibarən BOTAŞ Strategiya və İnkişaf Etdirmə İdarəsinin rəhbəridir.

Universitet tələbələri üçün Qloballaşma ilə əlaqədar mühazirələr ölkənin aparıcı ali məktəblərinin rəhbərlərinə müraciət edən QASİM bildirir ki, yeni dərs ilindən etibarən həmin tədris ocaqlarında təhsil alan gənclər üçün müxtəlif mövzularla bağlı sərbəst mühazirələr təşkil etmək niyyətindədir. Dünyada baş verən qlobal hadisələrlə bağlı hərtərəfli və fərqli fikirləri ilə cıxış edəcək QASİM üzvləri əsasən xaricdə təhsil almış intellektual potensiallı, müxtəlif sahələr üzrə elmlər doktoru və maqistr dərəcələrinə yiyələnmiş gənclərdir. Bu layihədə məqsəd tələbələrin qloballaşma və digər sahələrdə biliklərinin artırılması və həmçinin, QASİM gənclərinin potensialını cəmiyyətə çatdırmaqdır.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə