Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







"Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi» İctimai Birliyi
(QASİM)

N İ Z A M N A M Ə S İ

Font:      
ÜMUMİ MÜDDƏALAR

1.1 "Qloballaşan Azərbaycan Sivill İnkişaf Mərkəzi" ictimai birliyi (bundan sonra-Birlik adlandırılacaq) ümumi maraqlar əsəsında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi Azərbaycan Respublikasının ərazisini əhatə edən qeyri-hökümət təşkilatıdır.
1.2 Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və «Qeyri-hökümət təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin, bu Nizamnamə əsasında qurulur.
1.3 Birlik dövlət qeydiyyatına alındığı vaxtından hüquqi şəxs statusu qazanır.
1.4 Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Qarabağ küçəsi, ev 59, mənzil 8.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Birliyin əsas məqsədi qloballaşan dünyada ölkəmizin yeri və mövqeyinin möhkəmlənməsinə yardımçı olmaqdan ibarətdir.
2.2. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• Ölkəmizdə aparılan demokratik islahatları müdafiə etmək və bu sahədə əldə edilən uğurların beynəlxalq ictimayətə tanıtdırmasında iştirak etmək;
• Cəmiyyətdə demokratik və mənəvi dəyərlərin möhkəmlənməsinə kömək etmək;
• Fikir plüralizminin inkişafına yardım etmək;
• Vətəndaş təşəbbüskarlığının artmasına yardım etmək;
• ölkəmizin ictimai, mədəni və intellektual inkişafına kömək etmək;
• Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində maarifçilik fəaliyyətini həyata keçirmək;
• İnsan hüquqlarının müdafiəsi işində iştirak etmək.

2.3.Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
•­ müxtəlif kurslar və seminarlar, dəyirmi massa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir;
•­ məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunverijiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
•­ Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir;
•­ Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmamış digər iş forma və metodlarından istifadə edir.

2.4.Birlik Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməzlər.

III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:
•­ öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya javabdeh kimi çıxış etmək;
•­ Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
•­ müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq;
•­ banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
•­ müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
•­ qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
•­ Azərbaycan Respublikası qanunverijiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ MƏNBƏLƏRİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə javabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbəələri aşağıdakılardır:
•­ təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
•­ idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
•­ səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividndlər, gəlirlər;
•­ öz əmlakından istifadə və onun satılması nətijəsində əldə edilən gəlirlər;
•­ qrantlar;
•­ sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
•­ təsis etdiyi müəssisələrin fəaliyyəti nətijəsində əldə olunan gəlirlər;
•­ qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərənjam hüququna malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunverijiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki ola bilərlər.
5.2.Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərinqarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə il əvə ya bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisnaolmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üxvləri hesab olunurlar.
5.4. Birliyə üzvlərin qəbulu Birliyin icra orqanları tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün İdarə Heyyətinə yazılı şəkildə müraciət edilir. Ərzəyə bir ay müddətində baxılır. Ssvermə nəticəsində İdarə Heyyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.6. Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təstiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
•­ bu Nizanamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
•­ Birliyin hər hansı seçkili, o çümlədən rəhbər orqanına seçmək və seçilmək;
•­ Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
•­ Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
•­ Öz menafələrinin müdafiəsinə kömək ğöstərilməsi üçün Birliyə müraciət etmək;
•­ Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək.
5.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
5.9. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
•­ Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
•­ Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
•­ Nizamnamə tələblərinə riayət etmək;
•­ Birliyin tədbirlərində iştirak etmək.
5.11. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.12. Birliyə üzvlüyə aşağıdakı şallarda xitam verilir:
•­ Könüllü olaraq Birliyin üzvlüyündən çıxtıqda;
•­ Birliyin üzvlüyündən çıxarıldıqda.
5.13. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
•­ Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
•­ Mütəmadi olaraq Birliyin işində ihtirak etməkdən boyun qaçırdıqda;
•­ Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.14. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətininqərarı ilə idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

VI. BİRLİYİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.
6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.
6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
•­ Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
•­ Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
•­ Birliyin İcra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
•­ İllik hesabatın təstiq edilməsi;
•­ Başqa təşkilatlarda iştirak;
•­ Birliyin yenidən təşkili və ləğv edlməsi;
•­ Birliyin İcra orqanının rəhbərlərinin hesabatının dinlənməsi.
6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.7. Birlşiyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.
6.8. İcra orqanı Birliyin Sədrdən, onun müavinindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.
6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
•­ Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
•­ Təkliflər və layihələr irəli sürür;
•­ Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
•­ Birliyin başqa idarəetmə orqanınım müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. Sədr, onun müavini və İdarə Heyətinin digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2(iki) müddətinə seçilir.
6.12. Sədr:
•­ Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
•­ Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiaları həyata keçirir.
6.13. Sədr müavini sədrin tapşırıqlarını icra edir, sədr olmadıqda və ya vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir.
6.14. Birliyin Nəzarət-təftiş kommisiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.
NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.15. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

VII. BİRLİYİ N FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə kommisiyası yaradır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə kommisiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanuvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddəyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.
8.3. Birliyin məlayyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabr ayının 31-dək, növbəti ildən isə yanvar ayının 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə