Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







"Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi» İctimai Birliyi
(QASİM)

Font:      
"Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi" İctimai Birliyi (QASİM) 15.07.2005 tarixində təsis edilmişdir. 26.05.2006-cı ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyytına (No: 1106-Q11-2108) alınmışdır.
QASİM-in əsas məqsədi Azərbaycanda çağdaş dünya standartlarına uyğun layihələr, proqramlar hazırlamaq, araşdırmalar aparmaqdır.
QASİM təsis edildiyi qısa müddət ərzində bir çox elmi, kulturoloji layihələr, müzakirələr və konfranslar təşkil etməklə vətəndaş cəmiyyətinin qurulması istiqamətində səylə çalışır. 2005-ci ildə mədəniyyət, elm və təhsil, iqtisadiyyat, siyasət, texnologiya, insan haqları və hüquq, qeyri-hökumət təşkilatları, idarətetmə və fəaliyyət prinsipləri, habelə kütləvi informasiya vasitələri və nəşr sahalərəini əhatə edən «QIZIL KÜRƏ» Beynəlxalq Mükafatını təsis etmiş və 70 ekspertin verdiyi ballarla mədəniyyət sahələri də əhatə olunmaqla 15 nominasiya üzrə qalibləri müəyyənləşdirmiş və mükafatlandırmışdır. Bu mükafatın təsis edilməsində məqsəd ölkəmizin intellektual potensialını dəyərləndirmək və təbliğ etmək olmuşdur.
QASİM nəzdində mütəxəssilərin və intellektualların iştirakı ilə hər həftə müxtəlif mövzu və problemləri müzakirə edən «ŞƏNBƏ KLUBU» fəaliyyət göstərir.
QASİM-in digər böyük layihələrindən biri də «QLOBAL KİTABXANA» adında seriya kitabların nəşr edilməsidir. Bu layihə çərçivəsində 2006-cı ildə 4 kitab işıq üzü görüb. Bunlar «Qloballaşmaya Doğru», «Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı», «Qloballaşma və xarici investisiyalar», «Kapitalizm kapitalizmə bənzəməz» adlı kitablardır. QASİM «Qlobal Kitabxana» adlı layihəsini 2007-ci ildə də davam etdirəcək. Bu məqsədlə layihə çərçivəsində müxtəlif sahələri, mövzu və problemləri əhatə edən kitabları nəşr etməyi nəzərdə tutur. Məqsədimiz mütəxəssislərin ən yeni araşdırmalarını, Azərbaycanın problemlərinə müxtəlif və yeni baxış tərzlərini ictimaiyyətə təqdim etmək, çağdaş dünyada mövcud olan ən yeni və yayğın elmi, kulturoloji yanaşmaları Azərbaycana gətirmək, ciddi elmi konseptual müzakirələrə nail olmaqdır.
QASİM-in digər layihəsi də «Yeni İqtisadiyyat» jurnalıdır. Bu layihədən əsas məqsəd, Azərbaycanda sosial problemlər, işsizlik, maliyyə təminatı, sahibkarlığın inkişafı üçün kredit ehtiyacları, sənayenin dirçəldilməsi, ekoturizmin coğrafi imkanlarından faydalanma, kommunal sahədə çətinliklər, mənzil təminatı üçün yaşanan problemlər, sığorta, təhsil və digər mövzulara dair araşdırmalar aparmaq, mütəxəssislərin rəy və təkliflərini, hökumətin bu sahədə həyata keçirdiyi məqsədyönlü islahatları, bununla yanaşı iş adamlarının, xarici ekspertlərin, iqtisadçı alimlərin, hökumət nümayəndələrinin, beynəlxalq maliyyə təşkilatlarının əməkdaşlarının fikirlərini, mühashibələrini geniş şəkildə işıqlandırmaqdır.
Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) yeni layihəsi olan internet üzərində yaradılmış «Yeni İqtisadiyyat» iqtisadi xəbər agentliyi ölkədə və dünyada baş verəcək iqtisadi hadisələr barədə xəbər verir. Agentlik üç dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir agentliyin əsas məqsədi də Azərbaycanda baş verən iqtisadi prosesləri dünyaya çatdırmaq, eyni zamanda ölkə əhalisini dünyadakı iqtisadi yeniliklərlə məlumatlandırmaqdır.
Bunlarla birlikdə QASİM-in www.qasim-az.com adlı internet səhifəsi fəaliyyət göstərir. Saytda, QASİM-in fəaliyyəti, ölkəmizdə və dünyada gedən qlobal proseslər haqqında mütəmadi olaraq məlumatlar yerləşdirilir. Müxtəlif mövzular haqqında FORUM adı altında müzakirələr aparılır, sorğular keçirilir və bunların nəticələri saytda öz əksini tapır.


Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə