Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







QHT-LƏRƏ YARDIM FONDUNUN YARADILMASI İLƏ BAĞLI "QASİM" İB SƏDRİ ANAR ƏSƏDLİ`NİN TƏKLİFİ

Font:      
Artıq üç aya yaxın bir müddət keçib və bu arada ölkənin bir çox qeyri-hökümət təşkilatları məsələ ilə əlaqədar olaraq fikir və təkliflərini bildirmişlər. Qeyd edək ki, təkliflər noyabrın 27-nə qədər prezident İlham Əliyevə təqdim olunacaqdır. Müzakirələr zamanı əsasən QHT-lərə maliyyə ayıracaq fondun və prezident yanında QHT Şurasınin fəaliyyətlərinin hansı formada qurulması bir qədər mübahisə predmetinə çevrilməkdədir. Bir çox QHT rəhbərləri fondun şura yanında maliyyə məsələlərini yerinə yetirən texniki bir qurum kimi fəaliyyət göstərməsini, digərləri isə şuranın fondu udarə etməsinə qarşı çıxaraq fondun tam müstəqil fəaliyyət göstərməsi fikrini irəli sürürlər.
Aparılan müzakirələ Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (QASİM) İctimai Birliyinin sədri Anar Əsədovun münasibəti.

Düşünürəm ki, şura üzvləri seçki yolu ilə seçilməlidirlər. Bu, şuraya olan etimadı artıra bilər. Digər tərəfdən, şura qətiyyən fondu idarə etməməlidir. Çünki fondun idarə edilməsi maraqların toqquşmasına, kimlərinsə hansısa statusdan faydalanmasına səbəb olar. Lakin fond müstəqil olarsa, onda hansısa donordan asılı vəziyyətə düşməz. Həm də QHT-lərə dəstək verəcək bir qurumun Prezident yanında olması daha effekt verə bilər və bundan hər kəs səmərəli şəkildə faydalanar. Yəni qurumun fəaliyyəti nəzarətdə olar və korrupsiyaya yol açmaz.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə