Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







Görüşləri


«Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəznin (QASİM) sədri Anar Əsədov bu günlərdə Türkiyənin İstanbul şəhərində Р’«Müstəqilliyini yeni qurmuş ölkələrin qlobollaşma prosesinə hazırlılıqlarıР’» mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib. Bu barədə məlumat verən iştirakçının özü bildirdi ki, sözügedən tədbirdə dünyanın 21 ölkəsindən qloballaşma hərəkatı ilə bağlı təşkilatlar iştirak edib:

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin İstanbul şəhərində ən az inkişaf etmiş ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Р’«qloballaşmanın ən az inkişaf etmiş ölkələrin xeyrinə yönləndirilməsiР’» mövzusunda konfrans təşkil edib. İyulun 9-10-da keçiriləcək konfransa Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri Anar Əsədov da qatılacaq.

İyulun 4-dən etibarən Türkiyənin İstanbul şəhərində Dünya Palatalar Federasiyası Beynəlxalq Ticarət Palatasının (DPF) 5-ci forumu öz işinə başlayıb. Sözügedən tədbirdə Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri və "Yeni İqtisadiyyat" jurnalının təsisçisi Anar Əsədov da iştirak edir. Forumun əsas məqsədi palatalar arasında əməkdaşlığın artırılması və daha inkişaf etmiş palataların təcrübələrinin çatıdırlmasından ibarətdir.

İyun ayının 13-14-də Türkiyənin İstanbul şəhərində «Müstəqilliyini yeni qurmuş ölkələrin qloballaşma prosesinə hazırlılıqları» mövzusunda elmi praktik konfrans keçiriləcək. Sözügedən tədbirdə Avropa Birliyi ölkələrindən qloballaşma prosesi istiqamətində fəaliyyət göstərən bir çox təşkilatlar iştirak edəcəklər.

Hazırda Türkiyədə olan QASİM sədri Anar Əsədov orada dövlət və hökumət adamları, eləcə də müxtəlif KİV orqanlarının rəhbərləri ilə görüşlər keçirib. Belə görüşlərdən biri də Р’«TicarihayatР’» qəzetinin ofisində reallaşıb. Bu görüş sözügedən qəzetin səhifəsində və İnternet saytında (www.ticarihayat.com.tr) öz əksini tapıb.

Türkiyənin İstanbul şəhərindəki Lütfi Kırdar konfrans və sərgi sarayında TOBB-un ev sahibliyi ilə həyata keçiriliən 5-ci Dünya Palatalar Konqresinə Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri və «Yeni İqtisadiyyat» jurnalının təsisçisi Anar Əsədli da qatılıb. Dünən TOBB-un başqanı M.Rıfat Hisarcıkıoğlu ilə bir araya gələn QASİM sədri onunla müxtəlif fikir mübadiləsi aparıb. Anar Əsədli tədbirə qatılan digər iş adamları və dövlət nümayəndələri ilə də görüşlər keçirib.

Ötən ilin sonunda QASİM sədri, "Yeni İqtisadiyyat" jurnalının təsisçisi Anar Əsədov Türkiyədə səfərdə olub. Səfərin məqsədi Türkiyənin Avropa Birliyinə inteqrasiya olunması istiqamətində çahşan təşkilatlarla, iş adamlan, dövlət nümayəndələri ilə görüşmək, Türkiyənin Avropa Birliyi ilə bağlı qarşılaşdığı problemlərin Azərbaycanda təkrarlanmaması istiqamətində söhbətlər aparmaqdan ibarət olub.

İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Domenico Tomaino «Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəzində olub. Adıçəkilən mərkəzin rəhbəri Anar Əsədov qonağa QASİM-in göstərdiyi fəaliyyətlə bağlı geniş məlumat verib. Görüş zamanı İtaliya-Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr, ticarət münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin paytaxtı Ankara şəhərində Sivil toplum quruluşlarının medianın inkişafındakı rolu mövzusunda konfrans öz işinə başlayıb. Türkiyənin və bir çox ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı bu toplantıda QASİM sədri, «Yeni İqtisadiyyat» jurnalının təsisçisi Anar Əsədov da iştirak edib.

TV lahiyə