Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







Əsədli Anar Əsəd oğlu

Font:      
Əsədli Anar Əsəd oğlu 1979-cu ildə Zəngilan şəhərində anadan olub. İlk təhsilini orada alıb. 1993-cü ildə Zəngilan rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb və orta təhsilini Nəsimi rayonu ərazisində yerləşən 33 saylı Zəngilan şəhər məktəbində başa vurub. 1996-cı ildə Ukrayna Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və sonradan Təfəkkür Universitetinin hüquqşünaslıq fakültəsinə köçürülüb. Ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində sosiologiya üzrə magistr təhsili alıb, ixtisası hüquqşünas-sosioloqdur. 2002-2003-cü ildə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçib.
Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə fəal iştirakı ilə fərqlənib, mətbuatda elmi-publisistik yazıları ilə ardıcıl çıxış edib, Azərbaycanın müasir ictimai-siyasi münasibətlər dövrünə özünəməxsus və yenilikçi fikirləri ilə müsbət yöndə təsir etməyə çalışıb. Hazırda Avropa ölkələrində - Türkiyədə, Fransada, Almaniyada, İngiltərədə eləcədə ABŞ və Kanadada təhsil almış 50-dən çox mütəxəssisin yaratdığı "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB)sədridir. Bir neçə ölkədə - Türkiyədə, Fransada, Almaniyada keçirilən beynəlxalq simpoziyumlarda, o cümlədən, 2005-ci ilin sentyabrında Rusiyanın Soçi şəhərində keçirilən MDB ölkələrinin gənc siyasi liderlərinin zirvə toplantısında Azərbaycanı layiqincə təmsil edib.
Ailəlidir, 2 övladı var.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə