Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







QASİM sədri DAK sədri Cavad Derəxtini fəxri fərmanla təltif etdi

Font:      
Dünya Azərbaycanlılarının II qurultayı ilə əlaqədar Bakıda səfərdə olan Dünya Azaərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti «Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəzinin rəhbərliyi ilə qurumun ofisində görüş keçirmişdir. Görüşdə C.Derəxtini DAK sədrinin I müavini Rəhim Şahbazi, DAK Mətbuat Xidmətinin rəhbəri Əli Nicat, sədrin informasiya və texnologiya sahəsi üzrə müşaviri Talıb Atasoy müşaiyət edib.
Görüşdə QASİM-i qurumun həmsədri Anar Əsədbəyli, İdarə Heyətinin üzvləri iqtisad elmləri doktoru Əkbər Eldaroğlu, ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu, İctimai Təşkilatlarla Əlaqələr departamentinin rəhbəri Əlövsət Xaliqverdiyev və iqtisadiyyat departamentinin rəhbəri Rəşadət Axundov təmsil edib.
Görüşdə DAK və QASİM-in gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş və əməkdaşlıq haqqında ilkin protokolun hazırlanması üçün DAK-dan Ə.Nicata, QASİM-dən Ə.Xaliqverdiyevə səlahiyyət verilmişdir.
Sonda QASİM-in həmsədri A.Əsədbəyli DAK sədri Cavad Derəxtiyə Azərbaycan diasporasının inkişafındakı xidmətlərinə görə təşkilatın fəxri fərmanını təqdim etmişdir.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə