Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







«ŞƏNBƏ KLUBU»NDA KİTAB MÜZAKİRƏSİ

Font:      
Osvaldo de Riveronun «İnkişaf əfsanəsi» əsəri

Müəllifin böyük şöhrət qazanmış bu kitabında bir çox ölkələrin modern qloballaşamaya nədən qoşula bilməməsinin səbəbləri dərindən araşdırılmışdır. Keçmiş diplomat qloballaşmanın verdiyi üstünlükləri vurğulamaqla yanaşı, həmçinin onun böyük maliyyə böhranlarına necə səbəb olduğunu, beynəlxalq maliyyə sistemini qlobal bir «qumarxanaya» çevirən spekulyativ tərəflərini də göz önünə gətirir. Kitabda müəllifin gəldiyi ən cəsarətli nəticə bundan ibarətdir ki, bu gün «inkişafda olan ölkələr» adlandırılan, BVF, DB və ÜDTT-nin dəstəyi hesabına inkişaf etməyə çalışan bir çox ölkələrin qloballaşmanın doğurduğu sərt rəqabət nəticəsində sıradan sıxacağı ilə bağlı verdiyi proqnozdur.
O.Riveronun fikrincə, yoxsul ölkələrin ayaqda qala bilmələri üçün yeganə yol onların bilgi və texnologiya çağına keçməsidir.
Müzakirədə kitabın özəllikləri barədə geniş danışıldı. Kompüter texnologiyaları üzrə mütəxəssis Talıb Atakişiyev O.Riveronun ideyaları ilə Azərbaycan reallığı arasında müəyyən paralellər aparmaqla, ölkəmizin gələcəyi ilə bağlı öz fikirlərini açıqladı. Şənbə Klubunun baş eksperti Əkbər Eldaroğlu da Azərbaycan elminin bu günkü ağır durumu ilə belə köklü problemlərin aşılmasını mümkünsüz hesab etdi. Onun fikrincə, ölkədə bu sahədə dərin və sürətli islahatlara rəvac verilmədikcə, nikbin danışmağa heç bir əsas yoxdur.
Müzakirənin sonunda bu növ intellektual kitabların müzakirəsini tez-tez təşkil etməsinin əhəmiyyəti xüsusi olaraq vurğulandı.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə