Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







KİTAB BAZARININ PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNDU

Font:      
Aprelin 15-i QASİM-in Şənbə Klubu növbəti müzakirəsinə toplaşdı. Müzakirənin bu dəfəki mövzusu «Azərbaycanda kitab bazarı və onun problemləri» adlanırdı. Müzakirədə QASİM-in həmsədri Anar Əsədbəyli və İcraçı direktoru Zahir Əzəmətlə yanaşı, Şənbə Klubunun Baş eksperti iqtisad elmləri doktoru Əkbər Eldaroğlu, professor Zahid Məmmədov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan, В«Dünya ədəbiyyatıВ» dərgisinin Baş redaktoru şair-tərcüməçi Səlim Babullaoğlu iştirak edirdilər.
İştirakaçılar Azərbaycanda kitab bazarının formalaşmaması səbəblərini müxtəlif rakurslardan izah edib, maraqlı müzakirə açdılar. İqtisadçı Ə.Eldaroğlu hər şeydən öncə kitab yayımının problemlərini tələbin olmaması ilə bağladı. Daha sonra Türkiyə təcrübəsindən söz açaraq bildirdi ki, orada hər bir universitetin ətrafında hər şeydən öncə kitab mağazaları üstünlük təşkil edir: «zərbaycanda isə universitetlərin ətrafında bir dənə də kitabxana yoxdur, amma dönərxana əlindən tərpənmək olmur».
prof. Z.Məmmədov da ölkədə sovet dövründən fərqli olaraq, universitetlərin, təhsil ocaqlarının, tələbə kontingentinin, qəzet və televiziyaların sayının dəfələrlə artmasına baxmayaraq, kitab bazarının dərin bir böhran yaşamasını absurd adlandırdı. Onun fikrincə, hər zaman satılan kitablar arasında dərsliklərin xüsusi bir payı olduğu halda, Azərbaycanda tam bunun əksinədir: "Digər tərəfdən, ölkədə saavadlı kadrların kənarda qalması, savadsızların isə başa çəkilməsi bilgiyə, kitaba marağı öldürür. Azərbaycan insanı görsə ki, öz həyatını yaxşılığa doğru yalnız kitab oxuyub, bilgiyə, elmə yiyələnmək hesabına dəyişə bilər, onda kitab bazarı da inkişaf edərВ».
S.Babulloğlu isə problemin kökündə dayanan əsas səbəb kimi ölkədə tüğyan edən korrupsiyanı göstərdi.
A.Xan və Z.Əzəmət isə problemin hüquqi tərəflərinə toxunaraq, həm də konkret təkliflərlə çıxış etdilər. Onların fikrincə, nəşriyyatlar haqqında qanun yenidən işlənməli, yayım haqqında xüsusi qanun qəbul olunmalı, nəşriyyatlar əlavə dəyər vergisindən azad edilməli, uzunmüddətli və faizsiz kreditlər ayrılmalıdır. Amma bir şərtlə: «Nəşriyyatlar da qanunla müəyyən öhdəliklər götürməlidirlər. Onlar da öz növbəsində yayım sistemini qurmağı, yüksək texnologiyanı ölkəyə gətirməyi və hər il ümumi dövriyyənin təqribən 20 faizi miqdarında kitabaları öz hesablarına nəşr etməyi boyunlarına götürməlidirlər. Onda proses özü-özlüyündə hərəkətə gələcək».


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə